"Muğanbank"da yeni təyinat

14:05 - 30.08.2022


30 avqust, Fineko/abc.az. "Muğanbank"da yeni təyinat həyata keçirilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən təyinat müşavir vəzifəsində baş tutub.

Belə ki, Kərimov Mürşüd İldırım oğlu “Muğanbank” ASC-nin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Mürşüd Kərimov bu vəzifəyə qədər “Rabitəbank” ASC-də filial müdiri vəzifəsini icra edib. O, əvvəlki illərdə isə Texnika bankda müxtəlif vəzifələrdə çalışıb.