Banklar valyuta hərracına tələbi 3,3% azaldıb

12:51 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 30-da valyuta hərracında $63,9 mln satılıb ki, bu da ötən hərracda olduğundan $2,2 mln (3,33%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələbat $63,9 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

2022-ci ilin avqust ayı ərzində Azərbaycanda valyuta hərraclarında $440,6 mln. məbləğində valyuta satılıb ki, bu da 2021-ci ilin avqustundan 14% azdır.