16:13 - 29.08.2022
29 avqust, Fineko/abc.az. Ölkənin üçüncü ən böyük bankı olan Çin Kənd Təsərrüfatı Bankının xalis mənfəəti bu ilin birinci yarısında 5% artaraq 18,6 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Honq-Konq birjasına təqdim etdiyi hesabatda qeyd edilib.
Hesabata əsasən, 2022-ci ilin birinci yarısında Çin Kənd Təərrüfatı Bankı 128,95 milyard yuan xalis mənfəət əldə edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,117 milyard yuan və ya 4,98% çoxdur. İyunun sonunda bank nəhənginin cəmi aktivləri illik müqayisədə 11,5% artaraq 32,426 trilyon yuana (4,7 trilyon dollar) çatıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026