Banklar valyuta hərracında tələbi 35% artırıblar

12:33 - 25.08.2022


25 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 25-də keçirilən valyuta hərracında $66,1 mln satılıb, bu, ötən hərracda olduğundan $17,2 mln (35,17%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələbat $66,1 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.