Neft Fondunun xalis mənfəəti azalıb

11:43 - 25.08.2022


25 avqust, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 2021-ci ili 1 milyard 556 milyon 203 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ xəbər verir ki, bu barədə Fondun maliyyə hesabatında qeyd edilib.

Bu, 2020-cu illə müqayisədə 3,45 dəfə azdır. Buna baxmayaraq qurumun bölüşdürülməmiş mənfəəti 3,9 % artaraq 41 milyard 825 milyon 204 min manata çatıb.

Ötən il ARDNF-in əməliyyat gəlirləri 1 milyard 568 milyon 110 min manat (əvvəlki ilə nisbətən 3,4 dəfə az), əməliyyat xərcləri 74 milyon 192 min manat (15,2 % az), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay hesabına gəlirləri 66 milyon 780 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4 milyon 396 min manat (əvvəlki il qənaət edib) təşkil edib.