Orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Mil-Muğan bölgəsində verilib

16:28 - 24.08.2022


24 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank 2022-ci ilin avqust ayının 1-nə ümumilikdə kredit portfelinin həcminin 18 milyard 487 milyon manat təşkil etdiyini və ən çox kredit verilən bölgələri açıqlayıb.

ABC.AZ xəbər verir ki, bankların kredit verilməsinə görə birinci yerdə Bakı, ikinci sırada Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb.

Sözügedən dövrdə Gəncə-Daşkəsən iqtisadi rayonuna kredit qoyuluşu 557 milyon manat təşkil edir və bu rayon üçüncüdür. Lənkəran-Astara iqtisadi rayonuna 403 milyon manat, Mərkəzi Aran iqtisadi rayonuna 366 milyon manat kredit verilib. Ötən ilin 7 ayında Qazax-Tovuz iqtisadi rayonuna 314 milyon manatlıq kredit qoyulub. Kredit qoyuluşlarının 310 milyon manatı Quba-Xaçmaz iqtisadi rayonuna, 304 milyon manatı Qarabağ iqtisadi rayonuna, 302 milyon manatı Şəki-Zaqatala iqtisadi rayonuna düşür.

Kreditlərin orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Mil-Muğan (19.02%) və Dağlıq Şirvan iqtisadi rayonunda (19.5%) qeydə alınıb. Ən aşağı faiz dərəcəsi 13.04% təşkil edib və bu faizlə kredit Naxçıvana verilib.