Avronun məzənnəsi dollardan da aşağı düşüb

15:29 - 23.08.2022


23 avqust, Fineko/abc.az. Avronun məzənnəsi dollardan da aşağı olub.

ABC.AZ xəbər verir ki, son günlər Avropa valyutası dollar qarşısında yenidən zəifləməyə başlayıb və nəticədə 1beynəlxalq Foreks birjalarında 1 avro 0,995 dollara enib.

Bundan əvvəl belə hal iyul ayının ortalarında baş vermişdi. Avro dollar qarşısında ucuzlaşması həm ABŞ Federal Rezerv sisteminin (FED) apardığı siyasət nəticəsində dolların möhkəmlənməsi, həm də Rusiya-Ukrayna müharibəsi fonunda avronun özünün də zəifləməsi ilə bağlıdır.