Banklar valyuta hərracına tələbi 61,4% artırıblar

12:43 - 23.08.2022


23 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 11-də keçirilən valyuta hərracında $48,9 mln satılıb ki, bu da ötən hərracda olduğundan $18,6 mln (61,39%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $48,9 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.