MasterCard Azərbaycanda nağdsız ödənişlərin payını artırmağı hədəfləyib

12:23 - 23.08.2022


23 avqust, Fineko/abc.az. "MasterCard" Azərbaycan bazarında nağdsız ödənişlərin payını 50 faizə çatdırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkədə rəqəmsal ödənişlərin həcmi 20 faiz təşkil edir və şirkət bu göstəricini 50 faizə çatdırmağı hədəfləyir.

"Bu göstəriciyə çatmaq üçün "MasterCard" həm Mərkəzi Bankla, həm də yerli tərəfdaş banklarla müvafiq işlər aparır", - deyə o bildirib.

Müəllif: Elmir Murad