Xaricdən pul köçürmələri artıb - 2,3 dəfədən çox

14:07 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycana 1 128 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.