12:30 - 22.08.2022
22 avqust, Fineko/abc.az. 01.08.2022-ci il tarixində Azərbaycanın bank sektorunun kredit qoyuluşları 18 milyard 487.4 milyon manata çatıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin iyun ayının sonu ilə müqayisədə iyul ayında kredit qoyuluşları 167,4 milyon manat artıb.
Bu cari ilin fevral-iyul dövründə ən aşağı aylıq artımdır. Kredit qoyuluşları iyunda 221.7 milyon manat, mayda 257.9 milyon manat, apreldə 312.2 milyon manat, martda 401.7 milyon manat, fevralda 345.1 milyon manat, yanvarda 122.3 milyon manat artmışdı.
Cari ilin 7 ayı ərzində bank sektorunun kredit qoyuluşları 1 milyard 828.3 milyon manat artıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026