Əhalinin banklara etimadı artıb - Əmanətlər çoxalıb

12:19 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Azərbaycanda əhalinin banklardakı əmanətləri bu ilin avqustun 1-nə 10 milyard 817.1 milyon manata çatıb.

ABC.AZ-ın məlumatına görə, bu yanvar-iyun ayları ilə müqayisədə 2,1% çoxdur.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 25,5% artıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul aylarında bu əmanətlərin həcmi 8 milyard 605.9 milyon manat təşkil etmişdi.