“TBC Kredit” BOKT I yarımili mənfəətlə başa vurub

12:25 - 19.08.2022


19 avqust, Fineko/abc.az. “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 48 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bu barədə BOKT-un maliyyə hesabatında qeyd edilib.
Sənədə əsasən, yarım il ərzində “TBC Kredit”in vergiyəqədərki mənfəəti 1,55 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,07 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə “TBC Kredit”in aktivləri 18,259 milyon manat olub ki, bu da ilin əvvəlinə nisbətən 14,9% çoxdur. Bunun 14,499 milyon manatı müştərilərə verilən kreditlərdir. Son 6 ayda BOKT-un kredit portfeli 46,1% böyüyüb.

Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 0,95% artaraq 7,035 milyon manata, balans kapitalı isə 25,7% artaraq 11,224 milyon manata çatıb.