Əməliyyat xərcləri artan banklar

12:09 - 19.08.2022


19 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu ilin I yarısındakı əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Azərbaycan Sənaye Bankı” (ASB) və “Premium Bank” ASC-lərdir.

Ən çox azalma “Premium Bank”da (22,2%), ən az azalma isə ASB-də (13,1%) qeydə alınıb.
Qalan 24 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (62%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (4,3%) qeydə alınıb.