Avropa bankları yenidən Rusiya istiqrazları ilə ticarət edir

10:21 - 18.08.2022


18 avqust, Fineko/abc.az. Avropa bankları Rusiya istiqrazlarının ticarətini bərpa ediblər. 

ABC.AZ Financial Times-a istinadla xəbər verir ki, bu, ABŞ-dan olan müştərilərin azalması fonunda baş verir.

Nəşr xatırladır ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiyalara görə Rusiya qiymətli kağızlarının ticarətinə qadağa qoyub. Lakin iyulun sonunda investorların Rusiya səhmlərini sata bilməsi üçün üç aylıq ticarətə icazə verildi.

Məlumata görə, Rusiya istiqrazlarının ticarəti yenidən, xüsusən də UBS, Barclays və Deutsche Bank tərəfindən həyata keçirilir.
Bundan əvvəl Amerika bankları JPMorgan Chase və Bank of America müştəriləri adından Rusiya istiqrazları ilə əməliyyatlar aparmağa hazır olduqlarını bəyan etmişdilər.