09:59 - 18.08.2022
18 avqust, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,6 faiz artaraq iyul ayının 1-nə milli valyuta ekvivalentində 10 milyard 596,2 milyon manat təşkil edib.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.
Qeyd olunur ki, əmanətlərin 59,8 faizi milli, 40,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 10,6 faiz artıb.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,73 (1,84) manata, 100 türk lirəsinə 9,77 (11,29) manata, 100 rus rubluna 2,87 (2,36) manata bərabər olub.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026