16:33 - 10.08.2022
10 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinə yeni direktor təyin edilib.
Bu barədə ABC.AZ AMB-yə istinadla xəbər verir.
Belə ki, AMB-nin sədri Taleh Kazımovun imzaladığı əmrə əsasən, Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib, onun yerinə isə Anar Mansurov təyin olunubdur.
Anar Mansurov bundan əvvəl "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvüdür.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026