Banklar valyuta hərracında tələbi azaldıb

12:41 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 4-də keçirilən valyuta hərracında $38,3 mln satılıb ki, bu da ötən hərracda olduğundan $28,3 mln (42,49%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $38,3 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.