11:09 - 4.08.2022
4 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "Kapital Bank" (1 992,804 milyon manat), “PAŞA Bank” (1 699,661 milyon manat) və "Azərbaycan Beynəlxalq Bankı" (1 405,561 milyon manat) ASC-lərdir.
Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.
4 Avqust 2026
4 Avqust 2026