15:11 - 3.08.2022
3 avqust, Fineko/abc.az. Fransanın “Societe Generale SA” şirkəti 2022-ci ilin ikinci rübündə xalis zərər qeydə alıb.
ABC.AZ rus mediyasına istinadən xəbər verir ki, bu, Rusiya aktivlərinin satışı ilə bağlı irimiqyaslı silinmələrlə bağlıdır.
Mətbuat xidmətinin məlumatına görə, aprel-iyun aylarında bankın xalis zərəri 1,48 milyard avro təşkil edib. Rusiya bankının satışı ilə bağlı sövdələşmə ilə əlaqədar vergidən əvvəl 3,3 milyard avro zərər qeydə alınıb.
Fransa bankının əməliyyat mənfəəti bir il əvvəlki 2,01 milyarddan 2,39 milyard avroya yüksəlib. Xalis bank gəliri 12,8% artaraq 7,065 milyard avroya çatıb. Fransanın pərakəndə biznesi SG son rübdə xalis mənfəətini 18,7% artıraraq 539 milyon avroya, gəlirini isə 8,5% artaraq 2,26 milyard avroya çatdırıb.
Societe Generale-nin kapitallaşması 2022-ci ilin əvvəlindən 26,2% azalaraq 16,79 milyard avroya düşüb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026