17:04 - 2.08.2022
2 avqust, Fineko/abc.az. Aİ-nin sanksiyalarına məruz qalan Rusiya fiziki və hüquqi şəxslərinə məxsus Belçikada dondurulmuş maliyyə aktivlərinin həcmi artaraq 50,5 milyard avroya çatıb.
ABC.AZ xəbər verir ki , bu barədə Belçikanın "Nieuwsblad" qəzeti yazır.
Nəşr xatırladıb ki, aprel ayında Belçika rusların dondurulmuş aktivlərinin həcmini sonuncu dəfə elan edərkən bu məbləğ 3,5 milyard avro olub. Üstəlik, iyulun əvvəlində Avropa Komissiyası bütün Avropa İttifaqında 13,8 milyard avroluq aktivin dondurulduğu barədə məlumat yayıb.
Bu gün Belçikada dondurulmuş rusiyalıların maliyyə aktivləri həm birbaşa pul vəsaitlərini, həm də müxtəlif maliyyə alətlərini təmsil edir. Xüsusilə qiymətli kağızlar. Onlar 110 hüquqi şəxsə, bank və şirkətə, həmçinin 1229 fiziki şəxsə, əsasən rusiyalı siyasətçi və oliqarxlara məxsusdur. Onların bəziləri 2014-cü ildən, Krımın Rusiyaya birləşdirilməsindən sonra sanksiyalara məruz qalıb, lakin əksəriyyəti 2022-ci ildə sanksiya siyahısına əlavə edilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026