15:27 - 2.08.2022
2 avqust, Fineko/abc.az. 21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,900,000 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, 4 avqust 2022-ci il tarixində “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcək.
Söhbət hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərdən gedir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.