Azərbaycanda valyuta hərracında banklar tələbi 2 dəfə artırıblar

12:38 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 2-də valyuta hərracında $66,6 mln satılıb bu, ötən hərracda olduğundan $35,6 mln (2,15 dəfə) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $66,6 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərrac sonunda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.