Pasha Bank Georgia 2-ci rübü zərərlə bitirib – Hesabat

11:25 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Bankın zərərli fəaliyyəti 2022-ci ilin ilk yarısında da davam edib. «Pasha Bank Georgia» 2-ci rübü zərərlə bitirib.

ABC.AZ fed.az-a istiandla xəbər verir ki, bu barədə bankın hesabatında bildirilir.

Hesabatdan aydın olur ki, bank bu dövrdə 19 milyon faiz gəliri əldə edib (3,5 milyon lari və ya 23%).

Əgər ötən ilin eyni dövründə «Pasha Bank Georgia» kreditlərdən 12,75 milyon lari qazanc götürmüşdüsə, bu il həmin məbləğ 15,63 milyon larini keçib.

Bankın faiz xərcləri isə 7 milyondan 8 milyon lariyə yüksəlib. Nəticədə xalis faiz gəliri 10,9 milyon lariyə yüksəlib  (ötən il 8,4 milyon lari idi).

Qeyri-faiz gəlirləri isə 85% artaraq 2,2 milyondan 4,2 milyon lariyə yüksəlib.  Qeyri-faiz xərcləri isə 2,3 milyon lari artaraq 13,7 milyon lariyə çatıb.

Nəticədə yarım ilin yekununa görə, bankın əməliyyat zərəri 2,8 milyon lari olub (ötən ilin eyni dövründə əməliyyat zərəri 3 milyon lariyə yaxın idi).

«Pasha Bank Georgia» əlavə 500 min lari  də ehtiyatlara ayırıb. Nəticədə bank yarım ili 3,3 milyon lari zərərlə başa vurub. Ötən il isə bu məbləğ 1,4 milyon lari idi. Başqa sözlə, bankın xalis zərəri ötən illə müqayisədə 2,3 dəfə artıb.