Cari ildə əhalinin gəlirləri 20% artıb

10:40 - 1.08.2022


1 avqust, Fineko/abc.az. İlkin məlumatlara görə, 2022-ci ilin birinci yarısında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 19,9 faiz artaraq 32959,7 milyon manata çatıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə ostinadla xəbər verir ki,  bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3279,6 manatlıq gəlir düşüb.

Əhalinin sərəncamında qalan gəlirləri 29371,8 milyon manat təşkil edib.