16:36 - 29.07.2022
29 iyul, Fineko/abc.az. "Hazırda Azərbaycanın valyuta bazarında tələb-təkliflə bağlı hansısa narahatlıq müşahidə edilmir. Əhalinin valyuta satışı valyuta alışından çoxdur".
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev bildirib.
"Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə konteksində bankların daxili nəzarət sistemi üzərindən tətbiq etdiyi yanaşmaya uyğun olaraq vətəndaşlara valyuta satışında məhdudiyyətlər qoyula bilər. Bu yanaşma təkcə valyuta əməliyyatları ilə əlaqədar deyil, digər əməliyyatlarla bağlı da tətbiq olunur. Beynəlxalq standartlara, eyni zamanda ölkə qanunvericiliyinə uyğun olaraq digər maliyyə instutları və subyektlər kimi banklar da çirkli pulların yuylmasına qarşı mübarizə sahəsində daxili nəzarət sitemlərini təkmilləşdirməli və yenidən qurmalıdırlar", - deyə o, qeyd edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026