Baş Bankir ekspertə cavab verdi - Detallar

14:29 - 29.07.2022


29 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Mərkəzi Bankın İdarə heyəti uçot dərəcəsini açıqlamaq üçün iclas keçirib. Daha sonra Mərkəzi Bankın sədri Taleh Kazımov onlayn rejimdə mətbuat konfrası keçirib.

ABC.AZ xəbər verir ki, mətbuat konfransında Baş Bankir qurumun İdarə Heyətinin (İH) üzvlərinin sayının az olması (yetərsay olmaması) və buna görə də, qəbul edilən qərarların qanunsuz olması barədə hüquqşünas Əkrəm Həsənovun səsləndirdiyi fikirlərə münasibət bildirib.

T.Kazımov bildirib ki, idarə Heyətinin üzvlərini ölkə prezidentinin təqdim etdiyi namizədlər olmaqla Milli Məclis təsdiq edir.

"Bu gün onlar 3 nəfərdir, yəni tək saydadır və İH-nin qərarlarının hüquqi qüvvəsi var. Bu, birmənalıdır", - deyə sədr qeyd edib.