Banklararası bazarın yaradılması ilə bağlı işlər aparılır - Baş Bankir

14:19 - 29.07.2022


29 iyul, Fineko/abc.az. “Hazırda banklararası bazarın yaradılması ilə bağlı işlər aparılır”.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov növbəti mətbuat konfransında çıxış edərkən deyib.

T.Kazımov bildirib ki, yeni platforma bankların aktivliyinin situmallaşdırılmasına xidmət edəcək:

“Ümidvaram ki, sentyabr ayından banklara yeni platforma veriləcək. Bu platforma bankların aktivliyini situmallaşdıracaq”.