11:30 - 29.07.2022
29 iyul, Fineko/abc.az. Cari ilin 1-ci yarımilinin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda bank müştərilərinin hesablarının sayı ötən ilin ilk yarımili ilə müqayisədə 6% artaraq 29 mln. 61 min 310 təşkil edib. Bu ilin iyul ayında açılan bank hesablarının sayı 149 min 662 olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bank hesablarının 81.9%-i cari hesablar, 17.2%-i kredit hesabları, 0.9%-i isə depozit hesablarıdır.
Mərkəzi Bankın yarımillik hesabatına əsasən, cari hesabların 98.8%-i fiziki şəxslərə (onun da 2.9%-i fərdi sahibkarlara), qalan hissəsi isə hüquqi şəxslərə aiddir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026