10:56 - 29.07.2022
29 iyul, Fineko/abc.az. "FINCA Azerbaijan” 2021-ci ilin maliyyə hesabatını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, “FINCA Azerbaijan” QBKT 2021-ci il ərzində 2 milyon 612 min AZN məbləğində xalis mənfəət əldə edib. Bununla da şirkət son illər ərzində malik olduğu müsbət yönlü gəlirlilik tendensiyasını qoruyub saxlaya bilib.
2021-ci il ərzində “FINCA Azerbaijan” təşkilatı əksəriyyəti kənd yerlərində yaşayan müştərilərə 42 milyon AZN məbləğində yeni kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 62%-ə kimi artırıb.
Ölkə üzrə müxtəlif bölgələrdə əlavə filialların yaradılması da biznesdəki bu artıma öz töhfəsini verib. Qeyd edək ki, “FINCA Azerbaijan” 2022-ci il ərzində də öz əməliyyatlarının effektivliyini artırmağa davam etməyi və cari ildə regional filialların sayını 22-dən 28-yə çatdırmağı planlaşdırır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026