Valyuta hərracında banklar 31 milyon dollar alıb

12:37 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyulun 28-də keçirilən valyuta hərracında $31,0 mln satılıb ki, bu da ötən hərracda olduğundan $15,2 mln (96,20%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $31,0 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında belə deyilir.

Hərrac sonunda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.