Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı açıqlanıb

15:32 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57.2% (10,481.7 mln. manat) təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ümumilikdə, cari ilin 6 ayında kredit portfelinin artımının 45%-i biznes, 40%-i istehlak, 15%-i ipoteka kreditəri hesabına olub.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.5% təşkil edib. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.7 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.5 faiz bəndi azalıb.