Banklar bu göstəricilər üzrə böyüyüb - Siyahı

15:12 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Azərbaycanın bank sektorunun göstəriciləri barədə hesabat açıqlayıb.

ABC.AZ xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 41,920.2 mln. manat, cəmi öhdəlikləri 36,774.2 mln. manat, balans kapitalı 5,146 mln. manat olub.

2022-ci ilin iyun ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə eyni – 1.3% artım təşkil edib.

Bankların kredit portfelinin qalığı iyun ayında 1.2% (221.7 mln. manat) artaraq 18,320 mln. manat qeydə alınıb.

Müəllif: Elmir Murad