Xersonda Ukrayna qrivnası işləməyəcək

10:01 - 25.07.2022


25 iyul, Fineko/abc.az. Hazırda Rusiya ordusunun nəzarəti altında olan Xerson vilayətində Ukrayna qrivnası dövriyyədən çıxarılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya”ya media resursu məlumat verib.

Məlumatda qeyd edilib ki, Xerson vilayətində qrivna tədricən dövriyyədən çıxarılacaq və vilayətdə yalnızca rubldan istifadə olunacaq.

Xatırladaq ki, Rusiya ordusu martın 15-i Ukraynadakı müharibə zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Mayın 31-i isə vilayətdə rubl dövriyyəyə buraxılıb.