Bu Bankın qeyri-faiz gəlirləri 22 milyon 346 min manata yüksəlib

11:21 - 22.07.2022


22 iyul, Fineko/abc.az. “Rabitəbank” ASC-ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 25 milyon 792 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 31 milyon 580 min manat təşkil edib (5 milyon 788 min manat və ya 22,4% artıb).

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, Bankın qeyri-faiz gəlirləri isə 13 milyon 111 min manatdan 22 milyon 346 min manata yüksəlib (9 milyon 235 min manat və ya 70,4% artıb).

2022-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” ASC-ın cəmi əməliyyat gəlirləri 53 milyon 926 min manat, əməliyyat xərcləri 43 milyon 628 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 298 min manat təşkil edib.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 5 milyon 137 min manat ayırıb və ilk yarımili 5 milyon 161 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə “Rabitəbank” ASC-ın cəmi əməliyyat gəlirləri 38 milyon 903 min manat, cəmi əməliyyat xərcləri 26 milyon 923 min manat, əməliyyat mənfəəti 11 milyon 980 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 7 milyon 294 min manat, xalis mənfəəti 4 milyon 685 min manat təşkil etmişdi.