İlin birinci yarısını 5 milyon 161 min manat xalis mənfəətlə başa vuran Bank

11:12 - 22.07.2022


22 iyul, Fineko/abc.az. “Rabitəbank” ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 5 milyon 161 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, Bank ötən ilin eyni dövrünü 4 milyon 685 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, “Rabitəbank”ın xalis mənfəəti 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında 475 min manat və ya 10,1% artıb.

Xalis mənfəətin artması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.