Bakıda Apple-ın yeni iPhone 18 Pro modeli mağazalarda sıxlıq yaşatdı - Foto

11:09 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. Apple-ın yeni iPhone 18 Pro modelinin rəsmi satışına start verilib. Yeni modelin ilk satışının gecə yarısı başlaması ilə birlikdə alıcılar mağazalara axın ediblər.

iPhone 18 Pro-ya olan yüksək maraq səbəbindən satışın ilk dəqiqələrindən etibarən bəzi mağazalarda böyük sıxlıq və uzun növbələr müşahidə olunub.

Yeni nəsil iPhone-u ilk əldə edənlər arasında olmaq istəyən alıcıların gecə saatlarından mağazalara üz tutması ilə satış məntəqələrində xüsusi canlanma yaranıb.

iPhone 18 Pro-nun ilk satış günündən olan maraqlı görüntülər fotolarda təqdim olunur.