11:40 - 18.07.2023
18 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 4248,9 ton qaymaq və xama istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qaymaq və xamanın istehsalı 3,8% və ya 157,2 ton artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 4091,7 ton təşkil edib.
01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.
13 Июня 2026