Azərbaycanda bu qidanın istehsalı artıb - Hesabat

11:40 - 18.07.2023


18 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 4248,9 ton qaymaq və xama istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qaymaq və xamanın istehsalı 3,8% və ya 157,2 ton artıb.

2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 4091,7 ton təşkil edib.

01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.

 

Вся лента