Neft Fondu tərəfindən valyuta satışı azalıb - Dünya Bankı

15:07 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta satışı tələbin zəifləməsi fonunda iyunda daha da azalaraq illik müqayisədə 11 % geriləyərək 278 milyon ABŞ dollara enib.

ABC.AZ Report-a istinadən xəbər verir ki,bu barədə Dünya Bankının aylıq iqtisadi bülleteninin iyul sayında deyilir. Sənədə əsasən, bu, Mərkəzi Banka iyunda 6,2 aylıq idxalı ödəyəcək qədər ehtiyat yaratmağa (may ayı ilə müqayisədə 2 % artım) imkan verib.

“İxrac artımı idxal artımını üstələdiyi üçün ticarət profisiti genişlənməyə davam edib. İxrac həm həcm, həm də qiymət baxımından əhəmiyyətli dərəcədə artan enerji ixracının təsiri ilə, mayda bir il əvvəllə müqayisədə iki dəfədən çox artıb. May ayında təbii qazın ixrac qiyməti 816,6 ABŞ dollara yüksələrək rekord həddə çatıb. Qeyri-enerji sektorunun ixracı illik müqayisədə 10 % artıb. Əvəzinə, mayda daxili tələbatın güclənməsinə parallel olaraq idxal 26,7 % artaraq, ilin ilk 5 ayında idxalın məcmu artımını 17 %-ə çatdırılıb.