Ukrayna valyutası devalvasiyaya uğrayıb

12:27 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Ukrayna Milli Bank Rusiyanın işğalının iqtisadiyyata ağır zərbə vurduğu bir şəraitdə valyuta ehtiyatlarını qorumaq üçün rəsmi valyuta olan qrivnanı devalvasiya edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Bankdan verilən açıqlamaya görə, dollar/qrivna məzənnəsi 5 ay ərzində sabit olduğu 29,25 qrivnadan 36,5686 qrivnaya yüksəldilib.

Beləliklə, qrivna dollar qarşısında təxminən 25% ucuzlaşdırılıb.

Ukrayna Milli Bankı qeyd edib ki. bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətini artıracaq və müharibə zamanı iqtisadiyyatın dayanıqlığını dəstəkləyəcək.