Aktivləri 15 milyon manatdan çox artan Bank

11:24 - 21.07.2022


21 iyul, Fineko/abc.az. “Bank Avrasiya” ASC-nin cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 15 milyon 243 min manat və ya 9,1% artaraq 30 İyun 2022-ci il tarixində 182 milyon 688 min manata çatıb.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, aktivlərin 114 milyon 262 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda cəmi aktivlərin 114 milyon 221 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Cari ilin 6 ayı ərzində Bankın qiymətli kağızlara investisiyaları 31,5% artaraq 22 milyon 139 min manata çatıb.