Son 1 ildə valyuta ehtiyatlarımız 2 milyard 118,5 milyon dollar artıb

11:28 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 milyard 678,7 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 milyard 118,5 milyon dollar və yaxud 4,2 % artıb.

İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 milyard 201,9 milyon dollar və yaxud 2,7 %, Mərkəzi Bankın valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.