17:13 - 2.03.2022
2 mart, Fineko/abc.az. Mərkəzi Bank (AMB), "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyi və Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsi arasında onlayn formatda görüş keçirib.
ABC.AZ xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumatda deyilir ki, görüş icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların bütün növ bank hesablarının qalıqları barədə məlumatların (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı) icra məmurunun sorğusu əsasında əldə olunması ilə əlaqədar müvafiq informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasının və aralarında elektron məlumat mübadiləsinin təşkili üzrə hüquqi və texniki məsələlərin müzakirə edilməsi məqsədilə təşkil olunub.
Görüşdə informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı məsələlər, tələb olunacaq məlumatların alınma prosedurları, məlumatların ötürülməsi prosedurları, Əsasnamə ilə tərəflərin üzərinə düşən öhdəliklər müzakirə olunub, tərəfləri maraqlandıran suallar cavablandırılıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026