500 manatlıqlarla bağlı yeni açıqlama - Detallar

16:32 - 2.03.2022


2 mart, Fineko/abc.az. 500 manatlıq xatirə pul nişanlarının istehsal limitinin artırılması nəzərdə tutulmur.

ABC.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Mərkəzi Bankdan (AMB) məlumat verilib.

“Beynəlxalq təcrübəyə uyğun olaraq 500 manat nominallı bu xatirə pul nişanı məhdud sayda (1 milyon ədəd) istehsal olunub. Hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanının 25 faizi tədavüldədir və onun istehsal limitinin artırılması, eləcə də dizaynının dəyişdirilməsi nəzərdə tutulmur”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 500 manat nominallı xatirə pul nişanı Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 4 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.