Manat bu valyutalara qarşı ucuzlaşıb - Siyahı

15:56 - 18.02.2022


18 fevral, Fineko/abc.az. 2021-ci il ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib.

ABC.AZ xəbər verir ki, bu, Marja Mərkəzi Bankın 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, funt-sterlinqə və Yaponiya yeninə qarşı bahalaşmış, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

İcmalda qeyd edilib ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 12.1%, real effektiv məzənnəsi isə 12.4% bahalaşmışdır.