16:51 - 8.02.2022
8 Fevral, Fineko/abc.az. Kremldə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında aparılan danışıqların qarışıq nəticələri fonunda Moskva birjasında rubl ardıcıl üçüncü gün bahalaşıb.
ABC.AZ xəbər verir ki, dollar 75,1425 rubladək düşüb, bu, yanvarın 13-dən bəri ən aşağı səviyyədir. Düşən tək dollar olmayıb.
Belə ki, Putin və Makronun ilkin razılığa gəlmələri barədə xəbərlər fonunda Avro 86 rubldan aşağı möhkəmlənib.
Fransa rəsmiləri Financial Times-a bildiriblər ki, Putin heç bir yeni "hərbi təşəbbüslər" etməyəcəyini və "Allied Resolve 2022" təlimi fevralın 10-20-də başa çatdıqdan sonra 30.000 rus əsgərini Belarusdan çıxarmağa söz verib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026