Azərbaycanda sakinləri banklara ən çox əmanət qoyan regionlar - Siyahı

16:01 - 2.02.2022


2 fevral, Fineko/abc.az. 1 yanvar 2022-ci il tarixinə banklar regionlarda əhalidən 1 milyard 23,773 milyon manat məbləğində əmanətlər cəlb olunub.

ABC.AZ-ın məlumatına görə, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 21,6% çoxdur.

Regionlarda Abşeron-Xızı iqtisadi rayonun əhalisi pulları banklarda saxlayır.

1 yanvar 2022-ci il tarixinə Abşeron-Xızı iqtisadi rayonunda əhalinin banklarda əmanətləri illik orta hesabla 5,1% dərəcə ilə 304,8 milyon manat təşkil edir.

Gəncə-Daşkəsən iqtisadi rayonun sakinləri 139,682 milyon manat (illik orta hesabla 5,38% dərəcə ilə), Quba-Xaçmaz iqtisadi rayonun sakinləri 82,687 milyon manat məbləğində əmanətlər cəlb ediblər (illik 4,71% dərəcə ilə). Qalan əmanətlər digər qitisadi rayonların sakinlərinin payına düşüb.