Bakı sakinləri banklara əmanətlərini ən çox bu valyutada qoyublar

15:44 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 1 yanvar 2022-ci il vəziyyətinə görə, Bakı sakinlərinin bank əmanətləri 8 mlrd. 217,69 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, ümumilikdə, paytaxt sakinləri xarici valyutada əmanətlərə üstünlük veriblər.

Əmanətlərin 4 milyard 563,408 milyon manatı (Bakı üzrə bütün əmanətlərin 55,5%-i) onların, 3 milyard 654,282 mln. manatı milli valyutada əmanətlərin payına düşüb (44,5%).

Paytaxtda əhalidən xarici valyutada banklar tərəfindən illik orta hesabla 4,94% dərəcə, milli valyutada illik 1,18% dərəcə ilə əmanətlər qəbul olunub.