15:36 - 2.02.2022
2 fevral, Fineko/abc.az. 1 yanvar 2022-ci il tarixində Bakı sakinlərindən cəlb olunan əhalinin bank əmanətləri 8 mlrd. 217,69 milyon manat təşkil edir.
ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd olunub ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 12% çoxdur.
1 yanvar 2022-ci il tarixinə olan vəziyyətinə görə, əhalinin bütün bank əmanətlərinin 88,9%-i Bakı sakinlərinin payına düşüb.
2021-ci ildə paytaxtda əhalidən əmanətlər illik orta hesabla 3,27% dərəcə ilə qəbul olunub, respublika üzrə bu göstərici 3,4% təşkil edib.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026